Modern.az

“Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon

“Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon

Dünya

26 İyun 2019, 23:51

Pentaqonun səlahiyyətlərinin müvəqqəti icraçısı Mark Esper Türkiyənin Rusiya istehsalı S-400 zenit-raket kompleksləri alacağı halda, F-35 Amerika qırıcılarını almayacağını bəyan edib.

 

Modern.az xəbər verir ki, bu haqda Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib.

Esper türkiyəli həmkarı Hulusi Akarla NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında görüşüb.



“Liderlər arasında açıq və şəffaf müzakirələr oldu. Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Esper təkrarladı ki, Rusiya raket sistemlərinin Türkiyə tərəfindən alınması F-35 proqramıyla ziddiyyət təşkil edir”, - Conatan Hoffman deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi