Modern.az

2011-ci ildə Azərbaycanda nə qədər qadağan olunmuş dini kitab aşkarlanıb?

2011-ci ildə Azərbaycanda nə qədər qadağan olunmuş dini kitab aşkarlanıb?

Təhsil

24 Yanvar 2012, 11:39

Dini Komitə rəsmisi: “Ötən il ölkəyə 51 adda qadağan olunmuş kitab gətirilməsinin qarşısı alınıb”  

Qadağan edilən dini ədəbiyyatın yayılmasına qanunla qadağa qoyulsa da, Azərbaycanda bu problemin həllinə hələki tam nail olunmayıb. 2011-ci ildə hüquq-mühafizə orqanları müxtəlif bölgələrdə müxtəlif dini təriqətlərə aid qadağan olunmuş ədəbiyyat aşkarlayıb. Bu cür ədəbiyyatın yayılmasının qarşısının alınmasına həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) nəzarət edir. Görəsən, 2011-ci ildə nə qədər belə ədəbiyyat aşkarlanıb?

DQİDK-nin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov Modern.az saytına bildirib ki, 2011-ci ildə ölkəyə 1681 adda dini ədəbiyyatlar daxil olub: “Bunun 1630-nun ölkəyə buraxılması məqsədəuyğun hesab edilib, 51 adda kitab isə qadağan olunmuş ədəbiyyat sayılıb”.

Komitə rəsmisi deyib ki, Azərbaycanda dini ədəbiyyatlar müxtəlif mətbəələrdə çap olunur: “Çap prosesinə nəzarətə gəldikdə, müəlliflər mətbəələrə, mətbəələr də məktub və kitabların əlyazmaları ilə birlikdə Komitəyə müraciət edirlər. Araşdırmamızdan sonra əgər həmin ədəbiyyat qadağan olunmuş hesab edilmirsə, nəşrinə icazə verilir”.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal