Yaz sessiyasında bələdiyyələrə aid bir qanun layihəsinin müzakirəsi nəzərdə tutulur
Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 2011-ci ilin payız sessiyasının nəticələri və qarşıdan gələn yaz sessiyasında parlamentin plenar iclaslarına çıxarılacaq məsələlər müzakirə oluunub.
Modern.az saytı xəbər verir ki, komitə sədri Arif Rəhimzadə ötən sessiyada keçirilən komitənin 4 iclasında 17 məsələnin müzakirə olunduğunu bildirib. O deyib ki, həmin məsələlərin hamısı ilə bağlı Milli Məclisdə qərarlar qəbul edilib.
Rəhimzadənimn sözlərinə görə, qış sessiyası zamanı komitəyə 84 məktub və arayış daxil olub: “Onların 64-ü araşdırılması üçün müvafiq qurumlara göndərilib”.
Komitə sədri özü isə 54 nəfəri qəbul edib. Yaz sessiyasına gəlduikdə, komitə sədri deyib ki, bu müddətdə parlamentin müzakirəsinə yalnız “Bələdiyyələrin hesabatları haqqında”qanun layihəsi təqdim olunacaq.
Modern.az