Modern.az

“Türküstan” qəzeti "TÜRKSOY Basın Ödülü"nə layiq görülüb

“Türküstan” qəzeti "TÜRKSOY Basın Ödülü"nə layiq görülüb

Təhsil

24 Yanvar 2012, 12:47

“Türküstan” qəzeti 2011-ci ildə türk dünyasının tarixi, mədəniyyəti, tanınmış ziyalıları haqqında məlumatları geniş işıqlandırdığı üçün TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) Baş Katibliyi tərəfindən "TÜRKSOY Basın Ödülü"nə layiq görülüb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun qəzetə ünvanladığı məktubda ödülün təqdim olunma mərasiminin yanvarın 26-da Ankarada TÜRKSOY-un qərargahında keçiriləcəyini bildirib.  Bu barədə Modern.az-a bilgi verən “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Ankarada təqdimat mərasimindən sonra yanvarın 27-28-də Türkiyənin Konya və Kayseri şəhərlərində  TÜRKSOY-un tədbirlərində də iştirak edəcəklərini qeyd edib.

Azerbaycanın medinıyyet ve turızm naziri Ebulfez Qarayev de hem "TÜRKSOY Basın Ödülü"nün teqdimatı, hem de M.F.Axundov ilinin elan olunması merasımlerinde  ıştirak edecek. 

"TÜRKSOY Basın Ödülü" 2009-cu ildə TÜRKSOY Baş Katibliyi tərəfindən təsis edilib.

Ödülün təsis olunmasında məqsəd TÜRKSOY təşkilatının fəaliyyətini və türk dünyası mədəniyyətinin KİV vasitəsilə dünyada geniş təbliğ etmək və yayımlamaqdır.

Qeyd edək ki, TÜRKSOY türk ölkələri mədəniyyət nazirləri tərəfindən 12 iyul 1993-cü ildə Almatıda yaradılıb.

TÜRKSOY-un əsas üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Qalan 8 üzvlər isə əsasən müşahidəçi qismində iştirak edirlər. Mərkəzi qərargahı yerləşir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal