Modern.az

YAP üzvləri böyük ruh yüksəkliyi ilə Əli Əhmədovun təşəbbüsunə qoşulublar

YAP üzvləri böyük ruh yüksəkliyi ilə Əli Əhmədovun təşəbbüsunə qoşulublar

29 İyun 2019, 13:32

Naqif Həmzəyev, 

Milli Məclisin deputatı

 

Əli Kərimlinin və onun komanda üzvlərinin sosial şəbəkələrdə ictimai asayişi kobud şəkildə pozan, qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə yardım məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışları, bu bəsit oyunu həyata keçirməyə çalışmaları ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib. Çünki, cəmiyyət antimilli “siyasətçi” Əli Kərimlini yaxşı tanıyır və ona zərrə qədər də etibar etmir. Əli Kərimlinin ilk növbədə öz maraqlarını düşündüyünü, onun üçün şəxsi maraqlarının təmin edilməsinin öndə gəldiyini hamıya bəllidir. Siyasi fəaliyyəti tamamilə tükənən, əlləri hər yerdən üzülən AXCP sədri bu dəfə ən son varianta - "yardım kampaniyası" adı altında aksiyaya olan ümidi də boşa çıxdı. Əslində, Əli Kərimlinin məqsədi ölkəmizin hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə qara yaxmaq, onların fəaliyyətinə kölgə salmaq,ən əsası xaricdəki havadarlarından yeni qrandlar əldə etmək idi. Fəaliyyəti kimi rəhbərliiyi də fırıldaq olan AXCP-nin sədrinə iğtişaş, qeyri-sabitlik, qarşıdurma lazım idi. Əks halda, Əli Kərimli və onun dəstəsi süni şəkildə ictimai narazılıq yaratmaq, müqavimət hərəkatı formalaşdırmaq və cəmiyyətdə mövcud olan sabitliyi pozmaq əvəzinə, narazı qaldıqları məhkəmə qərarları barədə hüquqi yolla aidiyyatı orqanlara müraciət edə bilərdilər.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində “Silahlı Qüvvələrə yardım fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşım edərək Əli Kərimliyə və onun “komandasına” doğru yolu göstərib, gözəl təşəbbüslə çıxış edib: Müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı qüvvələrə yardım Fondu vardır. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı qüvvələrə yardım Fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin.

 

"Gəlin Ordumuza dəstək olaq”-deyən baş nazirinin müavini YAP-ın üzvlərini Azərbaycanın Silahlı qüvvələrinə yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib və aylıq əmək haqqının 50 faizinin. Azərbaycanda Silahlı qüvvələrə yardım Fonduna köçürüb.

Vətən, xalq sözlərini əllərində bayraq edərək, süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən Əli Kərimli və onun komandasına Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavabdır. Bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edən, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulublar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi