Fransa Senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu istər Türkiyə, istərsə də Azərbaycanda geniş əks-səda doğurdu. Bu məsələ ilə bağlı demək olar ki, Azərbaycan bütövlükdə etirazını bildirib.
Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq rupunun rəhbəri Nizami Cəfərov da məsələyə bu rakursdan yanaşraq fikirlərini Modern.az saytına açıqlayıb.
Deputat qeyd edib ki, hələ qərar Senatda qəbul olunmamışdan öncə Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupları öz fikirlərini bildirdirmişdi.
“Türkiyə və Azərbaycan tərəfindən də məsələ ilə bağlı öz etirazımızı bildirmişdik ki, bu heç nəyə sığmayan bir qərardır. Eyni zamanda bizim parlamentdə bu məsələ ilə bağlı hələ hazırlıq prosesində geniş müzakirələr aparıldı, orada da kəskin şəkildə münasibətlər bildirildi. Bundan sonra da bu şəkildə davam etməlidir”.
Deputat rəhbəri bildirib ki, ayrı-ayrı millət vəkilləri fikir bildiribər, ancaq bu, birlik halında da olmalıdır. Onun sözlərinə görə bu qanun layihəsinin qəbulu ilə bağlı TürkPA-da öz fikrini bildirməlidir.
Nizami Cəfərov qanun layihəsinin qəbulu prosesində Fransada ziddiyyətli hadisələrin baş verməsinə diqqət çəkib: “Fransa Senatının Parlamentlərarası əlaqələr komitəsinin sədri bu məsələ ortaya qoyulanda fikrini bildirib. Amma deyək ki, Konstitusiya komisiyası qanun layihəsinin Senatda müzakirəyə çıxarılmasına etiraz edir və bunu Fransa Konstitusiyasına uyğun gəlmədiyini deyir. Faktiki olaraq qanun layihəsini qəbul edən Senatın özündə bu məsələ ziddiyətli şəkildə ortaya çıxır”.
Buna görə də N.Cəfərov məsələnin qanunsuzluq tərəfinə diqqəti cəlb etməyin vacib olduğunu qeyd edib: “Bunun tədqiqatçıların işi olduğu və bununla bağlı onların qiymət verməsi məsələsi də təbii deyilməlidir. Odur ki, biz türkiyəli həmkarlarımızla birlikdə işləməliyik.
Bundan əlavə hesab edirəm ki, qanun layihəsinin qəbulu ilə bağlı TÜRKPA-nın təcili topnatısını da keçirtmək olardı və burada fikirlər bildirilməli idi. Yəni bütün hallarda qaşrılıqlı görüşlərdə müştərək fikirlər bildirilməlidir və bu təşkilatı məzmunda olmalıdır”.
Millət vəkili eyni zamanda vurğulayıb ki, əgər Fransa Senatı Konstitusiyasına, dövlət siyasətinə aid olmayan bir məsələni müzakirəyəı çıxarıb, bundan bir təzyiq vasitəsi kimi istifadə edirlərsə, istər-istəməz Azərbaycan da Xocalı soyqırımının tanınması üçün vəziyyətdən istifadə etməlidir.
“Burada artıq biz o həddə qədər güzəştə gedə bilərik ki, bizim mövqeyimiz anlaşılsın. Yox əgər bu mövqe anlaşılmırsa, anlamaq istəmirlərsə və burada işin bilməməkdən yox, işin mahiyyətini bilə-bilə bu cür qərarlar qəbul edirlərsə, təbiidir ki, biz də buna biganə qalmamalıyıq.
Türkiyənin Böyük Millət Məclisində müəyyən vaxtlarda Xocalı soyqırımı müzakirələrin predmeti olub. İndi çox yaxşı olardı ki, bəlkə də yeridir ki, Türkiyə də bunu qəbul etsin. Biz bununla dünya dövlətlərinə və parlamentlərinə də müraciət etməliyik ki, belə bir hadisə baş verib və burada günahkar kimlərdir. Çünki bir haldaki ermənilərə qarşı soyqırımı olması məsələsi gündəmə gətirilir və burada türklər günahkar bilinir, bunun əksini, həm gözümüzün qabağında olan, həm də detalları çox da yaddan çıxmamış məsələni biz də gündımə gətirməliyik.
Mən deməzdim ki, bu da bir təzyiq vasitəsidir, əksinə, onsuz da bu olmuş hadisədir” deyə sonda Nizami Cəfərov əlavə edib.
Aytən ƏLİYEVA