Modern.az

Azərbaycanın 4 deputatı Türkiyəyə gedir

Azərbaycanın 4 deputatı Türkiyəyə gedir

Təhsil

24 Yanvar 2012, 18:52

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilov yanvarın 26-dan Ankarada səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, səfər zamanı millət vəkilləri Türkiyədə Keçiören Bələdiyyəsində olacaq, bələdiyyələrarası əlaqələrin gücləndirilməsi, sosial və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparacaqlar.
Səfər yanvarın 30-da başa çatacaq.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal