Modern.az

Milli Məclisin Fransaya növbəti rəsmi etirazı olacaqmı?

Milli Məclisin Fransaya növbəti rəsmi etirazı olacaqmı?

Parlament

25 Yanvar 2012, 12:27

Fransa Parlamentində qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun müzakirə olunanda Azərbaycanın Mill Məclisi buna etiraz etmişdi. 2011-ci il dekabrın 30-da isə Milli Məclis Fransa Senatına müraciət ünvanlamışdı. Müraciətdə Senat qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması” qanununu təsdiqləməməyə çağırılıb.
Senatın “erməni soyqırımı”na dair mürtəce sənədi qəbul etməsindən sonra isə Milli Məclisin deputatları fərdi qaydada məsələyə öz kəskin etirazlarını bildirir, bəyanatlar verirlər. Bəs belə olan halda Milli Məclisin hansısa daha ciddi addımlar atacağı gözlənilmir ki?
Modern.az bu sualla Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğluna müraciət edib. A.Təvəkküloğlu sualımızı belə cavablandırıb:

“Milli Məclis ciddi nə sənəd varsa, hamısını qəbul edib. İndi də görürsünüz ki, bütün deputatlar  öz mövqeyini, narazılığını ifadə edir. Mən yenidən konkret hansısa sənədin qəbul ediləcəyi barədə bir söz deyə bilmərəm. Amma hər halda bu məsələ aktual olaraq qalır və müzakirələr gedir. Biz həmişə Türkiyənin yanında olduğumuzu, Türkiyəyə qardaş dəstəyi verdiyimizi və gələcəkdə də verəcəyimizi bəyan edirik və bəyan da edəcəyik”.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım