Modern.az

Britaniya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Britaniya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

4 İyul 2019, 20:03

Böyük Britaniyanın İrandakı səfiri Robert Makera İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində məlumat verib: "İrana məxsus neft tankerinin Cəbəllütariq boğazında Britaniya Dəniz Qüvvələri tərəfindən qeyri-qanuni saxlanılmasından sonra Böyük Britaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”.   

Qeyd edək ki, bu gün Suriyaya xam neft aparan böyük tanker ABŞ-ın tələbi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariqin baş naziri Fabian Pikardo bildirib ki, tanker Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI