Modern.az

Deputat poçtu - Seçicilər bu deputata nə yazırlar?

Deputat poçtu - Seçicilər bu deputata nə yazırlar?

Parlament

25 Yanvar 2012, 15:13

Azərbaycan parlamentinin deputatları seçildikləri dairələrdə yaşayan on minlərlə seçicini təmsil edirlər. Onlar Milli Məclisdə qanun layihələrinin hazırlanması, plenar iclaslarda müzakirəsi və qəbulu ilə yanaşı, həm də seçicilərin problemlərinin həlli ilə məşğul olurlar. Deputatların seçiciləri ilə əlaqələrinin müntəzəm olması, problemlərinin dinlənilməsi üçün köməkçiləri fəaliyyət göstərir. Bununla yanaşı, təbii ki, seçicilər öz deputatlarına müxtəlif məsələlərlə bağlı məktubla da müraciət edirlər. Modern.az saytı ayrı-ayrı dairələrdən mandat alan deputatlara ünvanlanan məktubların məzmunu, seçiciləri narahat edən məsələlərin həlli üçün hansı işləri gördüklərini araşdırmağa başlayıb.

52 saylı  Quba  seçki  dairəsindən  Milli  Məclisə  deputat  seçilmiş Vahid  Əhmədovun  ünvanına  2011-ci  ildə  223  yazılı  müraciət  daxil olub. Müraciətlərdə  seçiciləri  narahat  edən  əsas  problemlər- torpaqların  vətəndaşlara  ayrılması, pensiyaların və müavinətlərin təyini  prosesindəki  süründürməçilik halları, işsizlik, evlərin təmiri və tikilməsi  üçün  inşaat  materiallarının verilməsi, kreditlərin verilməsi, sovet  dövründən  qalmış  əmanətlərin  qaytarılması, ailədaxili münaqişələr və s. olub.

Deputatın poştuna daxil olan müraciətlər barədə Modern.az saytına onun köçəkçisi Arif Orucov məlumat verib.

Məlumata görə, deputata müraciətlər  tək  52  saylı  dairədən  yox, respublikanın  bir çox  bölgələrindən  də  daxil  olub və bütün  ərizə  və  şikayətlər araşdırılaraq  müəlliflərə  müvafiq  cavablar  verilib.

“Ərizələrin icrası  müddətinə  və  müəlliflərə  cavab  verilməsi  işinə  ciddi nəzarət  mexanizmi  qurulub, vaxtaşırı  yaranmış  vəziyyət  analiz olunub. Daxil  olmuş  müraciətləin  böyük  əksəriyyəti  müsbət  həll edilib”-deyə deputatın qərargahından bildirilib.

Quba  rayonu  Mirzəməmmədkənd  sakini  Qarabağ  müharibəsi iştirakçısı  Azər  Balayev  uzun  müddət  idi ki, müharibə  veteranı statusunu və vəsiqəsini  ala  bilmirmiş. Deputata  etdiyi  müraciətdən  və V.Əhmədovun aidiyyatı orqanlarla  gördüyü  iş  və  Daxili  İşlər Nazirliyinin  rəhbərliyinə  müraciətindən  sonra  problem  öz  müsbət həllini  tapıb, A.Balayev  müharibə  veteranı  statusu  almaqla yanaşı, vəsiqə ilə  də təmin olunub.  Quba  rayonu  Əskiiqriq  kənd  sakini Pərviz  Məmmədovun  müraciəti  əsasındada  görülən  tədbirlər vətəndaşın  probleminin  həlli  ilə  nəticələnib, deputat  seçicinin
təşşəkür  məktubunu  alıb. 
Rayonun  Şuduğ  kənd  əhalisinin müraciəti  əsasında  "Azərpoçt"un  rəhbərliyinə göndərilən  məktubdan  sonra kənddə  müasir poçt  şöbəsinin  tikilib  istifadəyə verilməsinə  nail olunub.

2011-ci il  ərzində  199  seçici  Quba  və  Bakı  şəhərlərində  deputat tərəfindən  qəbul  edilib. Qəbullar  zamanı  qaldırılan  əsas məsələlər- maddi  yardımların  olunması, müavinətlərin təyini, işədüzəlmə, mənzillərlə  təmin  olunma  və  s. olub. Seçicilərin  istəyini  nəzərə  alaraq, qəbullar  əsasən deputatın  Quba  şəhərində  yerləşən  ofisində  aparılıb. Seçicilərin
qaldırdıqları  məsələlərin  həlli  prosesinə  nəzarət  olunub.

Millət  vəkili 2011-ci  ildə  deputat  Əli  Məsimli  ilə  birlikdə “Təhsil  krediti  haqqında"  və  sovet  dövründən  qalmış  əmanətlərin qaytarılması  ilə  bağlı  iki  qanun  layihəsini  İqtisadi  siyasət komitəsində  baxılması  üçün  təqdim  edib ki, birinci  qanun layihəsi  artıq  komitədə  baxılaraq, Milli  Məclisin  iclasına tövsiyyə  olunub.

Hesabat  ilində  seçicilərlə  bir  neçə  maraqlı  görüşlər olub. Quba  rayonunun  Rustov kəndinin və  Qonaqkənd  qəsəbəsinin seçiciləri, Bakı  Dövlət  Universitetinin  tələbələrilə  keçirilən görüşlər  çox  yüksək  səviyyədə  keçirilib  və  yaddaqalan  olub.

 Xeyriyyə  tədbirləridə  deputatın  fəaliyyətinin  əsas istiqamətlərindən  biri  olub. Belə  ki, Ramazan  bayramı nünasibəti  ilə  Quba  şəhərində  yerləşən  iki  məsciddə  iftar süfrələri  təşkil  olunub, ehtiyacı  olanlara  ərzaq  yardımları paylanıb.

“Uzun  illər  idiki  rayonun  Möhüc  kəndində  su  problemi  mövcud idi. Xeyriyyəçilik  tədbirləri  çərçivəsində  deputatın  şəxsi  vəsaiti hesabına  iki  kilometr  məsafədən  kəndə  su  xətti  çəkilərək, bulaq kompleksi  istifadəyə  verilib. Quba  şəhərinin  su  probleminin həlli istiqamətində  aparılan  işlər, diyarşünaslıq  muzeyi  üçün  yeni binanın  tikintisi məqsədi ilə  vəsaitin  ayrılması və  bu  kimi  bir çox  başqa  işlər birbaşa  deputatın  uğurlu  fəaliyyətinin nəticəsidir”-deyə V.Əhmədovun qərargahından bildirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım