Modern.az

Azərbaycanda baş verən 3840 zəlzələdən 17-si hiss olunub

Azərbaycanda baş verən 3840 zəlzələdən 17-si hiss olunub

Təhsil

25 Yanvar 2012, 16:00

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Mərkəzində (RSXM) 2011-ci ildə aparılan  kompleks tədqiqatların yekunlarına dair iclas keçirib.  Bu barədə  Modern.az-a  RSXM-dən məlumat verilib. Məlumatda bildirilib ki, iclasda çıxış edən AMEA RSXM - in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli 2011-ci ilin RSXM üçün məhsuldar il olduğunu, il ərzində Mərkəzin seysmik stansiyalar şəbəkəsinin daha da genişlənərək telemetrik seysmik stansiyaların  sayının 31-ə çatdığını bildirib.   

Daha sonra Mərkəzdə il ərzində seysmoloji, geofiziki və geokimyəvi bölmələr üzrə aparılan kompleks tədqiqatlara dair hesabatlar dinlənilib. Hesabatlar müvafiq olaraq həmin sahələr üzrə tədqiqat aparan bölmələrin rəhbərləri tərəfindən təqdim olunub.
İclasda çıxış edən zəlzələlərin tədqiqatı şöbəsinin müdiri S. İsmayılova bildirib ki,  2011-ci ildə telemetrik seysmik stansiyalar vasitəsi ilə 7761 zəlzələnin qeydə alindığını və onlardan 3840-nın Azərbaycan ərazində olduğunu bildirib. Şöbə müdiri Azərbaycan ərazisində qeydə alınan  zəlzələlərdən 17-nin hiss olunduğunu deyib.

Daha sonra isə şöbənin əməkdaşı S.Kazımova isə “Rəqəmsal məlumatlar əsasında Azərbaycan ərazisində Yerqabığının sürət modelinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib.  
Tədbirdə çıxış edən seysmolioji materialların emalı və onların təhlili şəbəsinin müdiri R. Abdullayeva “2011-ci ilin materialları əsasında seymoloji xəbərvericilərin təhlili” mövzusunda məruzə edib.

2011-ci ildə geofiziki sahədə aparılan tədqiqatlar və alınan  nəticələrə dair məruzələr isə Mərkəzin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev və qravimetrik şöbənin rəhbəri E. Bağırov tərəfindən təqdim edilib.
Daha sonra isə geokimyəvi bölmənin rəhbəri geologuya-minerologiya elmlər doktoru R. Kərəmova 2011-ci ildə Azərbaycan ərazisində aparılan  geokimyəvi tədqiqatlar və əldə olunan  nəticələr barəsində ətraflı məruzə ilə çıxış edib.
Tədbirdə  AMEA Geologiya İnstitutunun direktor müavini, akademik İ.Quliyev və İnstitutun əməkdaşları – AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru H.Quliyev, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru F. Qədirov, geologiya-minerologiya elmlər doktoru M. İsayeva,  geologiya-minerologiya elmlər doktoru A.Əliyev, geologiya-minerologiya elmlər doktoru Ç. Əliyev, AMEA Yer Elmləri Bölməsinin üzvüləri, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru P. Məmmədov, geologiya –minerologiya elmlər doktoru Ə.Feyzullayev və başqaları iştirak eediblər.

2011-ci ildə RSXM-də görülən işləri yüksək qiymətləndirən görkəmli alimlər təqdim edilən hesabatı qəbul edərək, Azərbaycan ərazisində aparılan kompleks seysmolojui tədqiqatların aparılmasının bu sahədə müsbət nəticələrin əldə olunmasına gətirib çıxardığını bildiriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal