Modern.az

Deputat kənddə qəbul keçirib - FOTOLAR

Deputat kənddə qəbul keçirib - FOTOLAR

Təhsil

26 Yanvar 2012, 10:59

Deputatın növbəti qəbulu hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yanvarın 25-də İsmayıllı rayonunun Balik kəndində keçirilib. Kənd orta məktəbinin binasında təşkil olunmuş qəbulda rayon icra hakimiyyəti başçısının birinci müavini, bələdiyyə sədri və icra nümayəndəsi də iştirak edib. 80 nəfərə yaxın seçicinin iştirakı ilə keçirilən görüşdə sakinlərin qaldırdığı məsələlərdən biri də kəndə mavi yanacağın verilməsi ilə bağlı olub. Bu və digər məsələlər barədə millət vəkili dövlət tərəfindən keçirilən müvafiq tədbirlər barədə seçicilərə ətraflı məlumatlar verib və bu məsələ barədə əlaqədar qurumlara müraciət edəcəyini bildirib.

“Məlumat üçün bildirək ki, deputatın yanvar ayında keçirdiyi bu görüş sayca üçüncüdür. Bundan sonra da deputatın iş qrafikinə uyğun olaraq görüşlər ən ucqar kəndlərdə də keçiriləcək”-deyə deputatın qərargahından bildirilib. 

 





Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal