Modern.az

Dubaydan Bakıya qanunsuz telefon gətirmək cəhdi alınmadı – FOTO

Dubaydan Bakıya qanunsuz telefon gətirmək cəhdi alınmadı – FOTO

Aktual

8 İyul 2019, 20:00

Külli miqdarda mobil telefon və elektron əşyaların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları qanun pozuntusuna imkan verməyiblər.

 

Belə ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib.

 

 

Lakin yoxlama zamanı vətəndaşa məxsus əl çantasından bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 4 ədəd “İphone” və sellofan paketin içərisindən 1 ədəd “İphone XS MaX Silver 256GB” markalı mobil telefonlar, karton qutunun içərisindən, şəxsi əşyaların arasından isə 5 ədəd portativ enerjiyığma cihazı aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU