Modern.az

İyulun 15-dək ölkədə sərin hava hökm sürəcək - AÇIQLAMA

İyulun 15-dək ölkədə sərin hava hökm sürəcək - AÇIQLAMA

10 İyul 2019, 16:26

İyul ayı olmasına baxmayaraq ölkə ərazisində kəskin xarakterli istilər müşahidə olunmur. Yağış yağır, güclü  külək əsir, hətta bəzi bölgələrdə dolu düşür. İyul ayı üçün xarakterik hesab olunan, öyrəşdiyimiz ənənəvi istilər olmayacaq? Sərin havalar nə qədər davam edəcək?


Bu sualları  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Vaqifqızı Modern.az-a açıqlamasında  cavablandırıb.


Gülşad Vaqifqızının sözlərinə görə iyulun 15-dək ölkədə sərin hava şəraiti hökm sürəcək.

 

“İyul ayının birinci ongünlüyü hava şəraiti ölkə ərazisində qeyri-sabit keçib. İyul ayının 11-də Bakı və Abşeron yarımadasında mülayim cənub küləyi üstünlük təşkil etsə də, artıq 12-i axşam saatlarından 14-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ayın 11-i əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, artıq  iyulun 12-dən 15-dək  qeyri-sabit hava şəraiti hökm sürəcək. Şimşək çaxacaq, bəzi rayonlarda yağışın leysan xarakteri alacağı və dolu düşəcəyi gözlənilir. Havanın tempraturu günorta saatlarında bölgələrdə  30-35, dağlıq ərazilərdə 23-31 dərəcə isti olacaq. Ümumilikdə iyulun  ikinci ongünlüyünün birinci yarsınadək kəskin istilər gözlənilmir”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama