Modern.az

Avropa Şurasi Parlament Assambleyasında Xocalı soyqırımı ilə bağlı bəyanat yayıldı

Avropa Şurasi Parlament Assambleyasında Xocalı soyqırımı ilə bağlı bəyanat yayıldı

Parlament

27 Yanvar 2012, 09:41

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xocalı Soyqırımını  kəskin pisləyən yazılı bəyanat yayılıb.

Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı  sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub və assambleyanın iclasında qurumun sədri Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb.

AŞPA-nın  yazılı bəyanatında deyilir ki , Xocalı Soyqırımı  Azərbaycan tarixinin və ümumiyyətlə insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırım bəşəriyyət tarixində törədilmiş  ən qeyri  insani və  kütləvi xarakterli terror aktlarından biridir.

Bəyanatda deyilir: "Bu il fevralın 26-da 20 ili tamam olur ki, Ermənistan Silahlı  Qüvvələri  Rusiyaya (Sovet) məxsus  366-cı moto-atıcı, piyada  alayının dəstəyi  ilə  Azərbaycanın Xocalı şəhərini işğal etmiş və onun dinc sakinlərini etnik  türk  mənsubiyyəti səbəbindən  amansızcasına  soyqırıma məruz qoymuşdur. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq  və 70 yaşlı insan daxil olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilmiş, 8 ailə tamamilə məhv edilmişdir. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini bu soyqırım zamanı itirmişdir. 1275 mülki vətəndaş girov götürülmüşdür, onlardan 150-nin taleyi  hələ də naməlumdur".

AŞPA-da qəbul edilən yazılı bəyanatında deyilir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini tmamilə yerlə-yeksan etmişlər.

Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırıma hüqüqi və siyasi qiymət verilməyə cağırılır. Sənəddə deyilir:  "Bütün bunları  nəzərə alaraq  biz (bu sənədi imzalayan millət vəkilləri)  beynəlxalq ictimaiyyəti o cümlədən AŞPA-nı  bu qeyri insanı, qəddar cinayəti  pisləməyə, habelə Ermənistan Silahlı qüvvələri tərəfindən bəşəriyyət əlehinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çagırırıq".       

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım