Modern.az

Brilliant Dadaşovanı Türkiyədə aldadıblar

Brilliant Dadaşovanı Türkiyədə aldadıblar

Ölkə

27 Yanvar 2012, 10:33

Azərbaycanın Xalq artisti Brilliant Dadasova Türkiyədə dolandırıldığını bildirib. Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb.

B.Dadaşova iddia edib ki, o, tanınmış müsiqiçilər Mətin Özülk və Fəttah Can tərəfindən aldadılıb. Brilliant xanımın sözlərinə görə, o, türkcə və azərbaycanca buraxdırmaq istədiyi albomu üçün bir mahnı və aranjeman qarşılığında Özülkü ilə Cana 18 min dollar ödəyib.

B.Dadasova deyib: “Bu iki məşhur adam  2 il yarımdır məni aldatmaqla məşğuldur. Türk qardaşlarıma güvəndim, özümü bacılarıymış kimi düşünüb nə dedilərsə, etdim. Amma onlar indi telefon zənglərimi belə, açmırlar".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım