Modern.az

Cəmil Çiçək azərbaycanlı deputatlara deyib ki,...

Cəmil Çiçək azərbaycanlı deputatlara deyib ki,...

Təhsil

27 Yanvar 2012, 10:37

Türkiyədə səfərdə olan Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilov dünən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüblər.

AzərTAc-ın məlumatına görə, Türkiyə parlamentinin spikeri Fransa Milli Assambleyası və Senatının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması qərarından danışıb. O, Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayıb. Cəmil Çiçək qeyd edib ki, Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güçlü olacaqlar.

Həmin gün Milli Məclisin deputatları Ankaranın Keçiören bələdiyyəsində də olublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal