Modern.az saytının məlumatına görə, bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ad günüdür.
Səfər Axundbala oğlu Əbiyev 1950-ci il yanvarın 27-də Bakıda anadan olub. 1971-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini, 1982-ci ildə isə Moskvada Frunze adına Hərbi Akademiyanı bitirib.
Azərbaycan müstəqillik əldə edəndən sonra S.Əbiyev Baş Qərargahın əməliyyatlar idarəsində çalışıb. Daha sonra Naxçıvanda yerləşən briqadalardan birinə komandir göndərilib. Sonradan Baş Qərargah rəisinin müavini, ordu korpusunun komandiri olub.
S.Əbiyev 1995-ci ilin fevralın 5-dən Azərbaycanın müdafiə naziridir. General-polkovnikdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2010-cu il yanvar 26-da Səfər Əbiyevi 60 yaşının tamam olması münasibətilə, Silahlı Qüvvələrdəki fəaliyyətini, ordu quruculuğu sahəsindəki xidmətlərini nəzərə alaraq “Şöhrət” ordeni ilə təltif edib.