Modern.az

Azərbaycanda daha 206 mətbu nəşr qeydə alınıb

Azərbaycanda daha 206 mətbu nəşr qeydə alınıb

27 Yanvar 2012, 15:06

Azərbaycanda dövlət qeydiyyatına alınan qəzetlərin və digər mətbu nəşrlərin sayı durmadan artır. Artıq ölkədə rəsmi qeydiyyatı olan media orqanlarının sayı 4500-ə çatıb. Amma onu reallıq göstərir ki, rəsmi qeydə alınmasına baxmayaraq mətbu nəşrlərin 90 faizinin gerçək fəaliyyəti yoxdur.

Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, yeni nəşr qeydiyyatdan keçirmək üçün ad qıtlığı yaranıb. Yəni mediaya uyğun, ona yaxın olan bütün adlarda qəzet, jurnal, agentlik və digəır mətbu nəşr təsis olunub. 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 2011-ci  ildə 206 mətbu nəşr uçota götürülüb.

2010-ci ildə nazirlik tərəfindən uçota götürülən mətbu nəşrlərin sayı 221 olub.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi