«Bizim Torpaqlar» İctimai Birliyinin həmtəsisçisi
Fransa ətrafında yaranan səs-küyə, vurhavura, hay-haraya baxır və təəccüblənirəm. Təəccüblənir və məəttəl qalıram. Çıxışları dinləyir, yazıları oxuyur, verilişlərə baxır – düşünürəm. Yəni biz Fransa dövləti və fransız xalqı haqqında bu qədər məlumatsız imişikmi? Tarixi faktları, hadisələri ardıcıllığı ilə sadalamağa lüzum görmədən bir atalar sözünü xatırlamaq yerinə düşərdi. «Dostunu göstər, sənin kim olduğunu deyim».
Bu dövlət və xalq ən axı yüz ildir ermənilərlə dostluq edir. Hər zaman və istənilən situasiyada onların arxasındadır. Ermənilərdən başqa Fransa heç kimlə uzunmüddətli dostluq etməyib. Bu günün özündə fransızların əlacları olsa, ingilisləri və almanları, ispanları və italiyalıları diz çökdürər, zəlil günə qoyarlar. O xalqın genetik əsası başqa dövlətlərə və xalqlara əsl insani münasibət bəsləməyə imkan vermir.
Süni dəyərlər üzərində qurulan zahiri fransız mədəniyyətinin arxasında nələr yatır... Kralını asan, vətəndaşını alovda yandıran, qadını şaqqalayan, hinduların baş dərilərini soyan, ərəb oğlanlarını axtalatdıran, məzlumların qanı üzərində qarət malları hesabına özlərinə gizli dövlət qurub, möhtəşəm şəhərlər salan Fransanın heç bir xalqa nümunə olacaq mədəniyyəti, hansısa dövlətə görk olacaq tarixi keçmişi, ələlxüsus da Avropaya «ağsaqqallıq» edəcək səviyyəsi yoxdur. XX əsrin 70-ci illərinə qədər davam edən fransız müstəmləkəçiliyinin ləkələrindən, təbiətlərindən doğan varvarlığın nəticələrindən qurtulmaq üçün demokratiya və mədəniyyət amillərindən maksimum yararlanmağa çalışır bu ölkə.
Bütövlükdə türklər bu xalq haqqında fikirləşəndə ilk olaraq islam-türk düşməni səlibçilər (xaçlılar), Napaleon Bonapart, bir də madmuazel sözü yada düşür. Bu xatırlatmadan sonra ermənilərlə fransızlar arasında səthi də olsa, bir paralellik aparmaq zərurəti yaranır. Ermənilərin fəxr etdikləri «Böyük Ermənistan»ın yaradıcısı Böyük Tiqran qaniçən, oğul qatili, əyyaş və başı romalıların qoltuğunda olan bir vassal olub. Tarixən – ulusal fahişəliyin banisi, yaradıcısı ermənilərin ilahəsi Anahitdir. Eyni cinslərdən olanların (xüsusən kişilərin) cinsi əlaqələrinin yaranışı və tərəqqisi ermənilər yaşayan ərazilərdə inkişaf tapıb. Dini liderləri Qriqori IV əsrdə başqa dinlərə məxsus olan abidələri amansızcasına uçurdub, xristianlığı qəbul etməyən insanları kütləvi surətlə məhv edib. Çar Trdat şəhvətini cilovlaya bilməmək səbəbindən 37 bakirə qızı şəxsən doğrayıb.
Andranik, Dro, Njde, Şaumyan, Hamazasp kimiləri XX əsrin ikinci onilliyində bir milyondan çox osmanlı türkünü, kürdü, Azərbaycan türkünü qətlə yetiriblər.
XX əsrin 90-cı illərində Koçaryan, Sərkisyan, Saakyan, Ohanyan, Melkonyan kimi cəlladlar Xocalı qətliamını törədiblər. Yüz minlərlə insan müsəlman olduqlarına görə yaşadıqları ərazilərdən qovulublar. Fransızların ermənilərdən, ermənilərin fransızlardan öyrəndiklərini kompleks yanaşma ilə dəyərləndirsək, məişət, mənəviyyat, müsəlmana, türkə münasibət, başqa dövlətlərə, qonşu xalqlara humanist yanaşma baxımından eyniliklərinin 90 faizdən çox olduğunu görərik. Ermənilər axıb fransız çuxurunu tapıblar.
Fransa İkinci Dünya müharibəsi zamanı məğlub və məzlum görkəmi ilə ikrah doğururdu. Qızları, qadınları alman ordusunun şəxsi heyətinə Parisdə xüsusi canfəşanlıqla «qayğı» göstərirdilər. NATO-da XX əsrin 60-70-ci illərində yaşanan krizis səbəbindən Fransa birinci olaraq bu hərbi bloku tərk etdi. Xeyli vaxt «Küsülü gəlin» durumunda qaldıqdan sonra yenidən dəvətsiz olaraq ər evinə döndü.
Məşədi İbad demiş, bu Fransanı tanıya-tanıya onun hansı özəlliklərinə görə ATƏT-in Minsk qrupunun həmsədri olmasına çalışdıq? Hansı əsaslara söykənib, ümid etdik ki, Fransa haqqın tərəfində olar?
Fransa tarixinə nabələdlikdən, fransız-erməni dostluğundan xəbərsizlikdənmi uzun illər susmuşduq, səsimizi çıxarmırdıq. Əlinə girəvə düşən kimi Fransa erməni xalqı üçün dünyanın etmədiyi tarixi bir yaxşılıq etdi. Türkiyə və Azərbaycan yaranan onlarla tarixi fürsəti əldən veribilr. Bu gün ultimatumlar, hədələr, təhdidlər daldan atılan daş effektindən başqa heç nə yaratmır.
Dünyanın çalxalandığı bir anda Türkiyə həddindən artıq demokratik jestlər edir. Erməni jurnalisti, türk düşməni Qrant Dinkin ölümü dövlət səviyyəsində müzakirəyə çıxarılır. İstanbulun göbəyində «Ararat» restoranının parıltısı göz qamaşdırır, Axtamar və bir neçə erməni kilsəsi təmir olunub istifadəyə verilir, erməni dilində məktəblər çoxaldılır, yüz il bundan öncəki erməni mülklərinin dəyərini türk dövləti ödəyir. Anadoluda Ermənistanla sərhədlər boyu dünya erməniləri yerli kürd əhalisinin on min hektarlarla torpaqlarını müxtəlif vasitələrlə alır. Qədim erməni əraziləri dedikləri yerlərdə ermənilər otellər tikir, daşınmaz əmlak alırlar.
Bizans ərazilərini alarkən Osman Qazinin rumlar və ermənilər haqqında neçə yüz illər öncə dediiyi «İlanın ağına da lənət, qarasına da» deyiminin bu gün üçün daha aktual olduğu təbii ki, gözardı edilməməlidir. Dünyaya yarınmaqla, düşmənə xoş görünməklə nə etsən belə ermənilər 1915-1923-cü illər arası hadisələri unutmazlar. Erməniyə Türkiyənin bütün şərqini versən belə, o düşmənçilik aradan qalxmaz.
Türkiyə Osmanlı ənənələrinin yenidən dəyərləndirilməli, o dəyərlərə müasir Türkiyəninin iqtisadi və hərbi gücünü qatmalı, NATO-nun günlərin birində qəbul edəcəyi türk əleyhinə qərarın yarada biləcəyi duruma hazırlaşmalı, ABŞ əhalinin xeyli hissəsinin də Avropadan getmə olduqlarını unutmamalıdır. Rusiya ilə NATO-nun, Rusiya ilə ABŞ-ın arasında problemləri dəyərləndirib qüvvələr balansında öz çəkisini bilməlidir. Bizlər isə türk qardaşlığına əməlimizdə yeni keyfiyyətlər gətirməli, əks-sədasız tədbirlərdən uzaq durmalı, düşmən önündə əlacsız durum sərgiləməməli, dəyişməyəcək tarixi xaçlı münasibətlərin nə vaxtsa xeyrimizə işləyəcəyinə ümid bəslələməliyik.
Fransadan inciməyə isə dəyməz. O, dost deyildi ki!