Modern.az

Azərbaycan Yazıçılar Birliyində ölüm

Azərbaycan Yazıçılar Birliyində ölüm

Təhsil

27 Yanvar 2012, 22:32

Yanvarın 27-də  Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda  şairə Zərəngiz Dəmirçi Qayalının  50 illik yubileyi keçirilib.

Modern.az xəbər verir ki, "Azadlıq" radiosunun məlumatına görə, tədbirdə şair İlyas Tapdığın həyat yoldaşı Münəvvər Əli qızı Tapdıqova da çıxış edib.

Çıxış zamanı onun səhhəti kəskin pisləşib. Təcili Tibbi Yardım xidmətinə müraciət olunub.

Yazıçılar Birliyindən əldə etdiyimiz məlumata görə Təcili Tibbi Yardım Xidmətinin həkimləri  hadisə yerinə gələndə Nünəvvər Tapdıqova artıq dünyasını dəyişibmiş. 

Allah rəhmət eləsin!

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal