Rusdilli “Kaspiy” qəzetinin baş redaktorunun birinci müavini, tanınmış jurnalist Kənan Quluzadə yanvarın 27-də vəzifəsindən istefa verib. Modern.az saytının məlumatına görə, K.Quluzadə bu barədə özünün Facebook-dakı səhifəsində qeyd edib.
”Mən bu günə qədər Kaspiy” qəzetinin baş redaktorunun birinci müavini idim. Rəsmi şəkildə bəyan edirəm ki, artıq bu gündən həmin vəzifədən azadam”-deyə jurnalist bildirib. K.Quluzadənin sözlərinə görə, o, əvvəllər də dediyi kimi, yeni böyük media proyektinə başlayır. Amma jurnalist hansı media proyektinə başladığından bəhs etməyib.
K.Quluzadə əvvəllər İnternews-un “Space” telekanalındakı “Perekrestok” proqramının aparıcısı olub, “Zerkalo” qəzetində çalışıb. 2006-cı ildən indiyədək “Kaspiy” qəzetinin baş redaktorunun birinci müavini işləyirdi.
Modern.az