Modern.az

59 vakant vəzifə - 24 namizəd uğur qazanıb

59 vakant vəzifə - 24 namizəd uğur qazanıb

Aktual

17 İyul 2019, 14:16

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

DİM-dən Modern.az-a bildirilib ki, iyulun 17-si saat 14:05-ə olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 24-ü müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr iyulun 19-da başa çatacaq.

Xatırladaq ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU