Ərdoğan türk diplomatlarına hücumu pislədi

Ərdoğan türk diplomatlarına hücumu pislədi

17 İyul 2019, 23:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində İraqın Ərbil şəhərində türkiyəli diplomatlara qarşı təşkil edilmiş silahlı hücuma münasibət bildirib.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, R.T.Ərdoğan Türkiyənin İraqın Ərbil şəhərindəki konsulluq əməkdaşlarına qarşı təşkil edilmiş mənfur hücumu pisləyib və şəhid olan əməkdaşa Allahdan rəhmət diləyib. Bildirib ki, hücumu təşkil edənlərin qısa zamanda tapılması üçün İraq hökuməti və yerli rəsmilərlə danışıqlar davam edir.

Xatırladaq ki, İraqın Ərbil şəhərində Türkiyə konsulluğu əməkdaşlarının olduğu restorana silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Qardaş yumruğu” İranı qorxuya saldı