Modern.az

Bakıda iki qız itkin düşdü

Bakıda iki qız itkin düşdü

Aktual

18 İyul 2019, 00:13

Bakının Binəqədi rayonunda itkin düşmüş iki qız Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarılır.

Modern.az  APA-ya  istinadən  xəbər verir ki, 7-ci mikrorayonda, İbrahimpaşa Dadaşov küçəsi 71 ünvanında kafedə işləyən 2002-ci il təvəllüdlü Amina və 2004-cü il təvəllüdlü Elina işlədikləri obyektdən çıxaraq bir daha evə qayıtmayıblar.

Binəqədi Rayon Polis İdarəsindən  verilən məlumata görə, bu barədə 1980-ci il təvəllüdlü Oksana Vasilyevna müraciət edib və bildirib ki, qızları işdən çıxaraq evə qayıtmayıblar.

Binəqədi RPİ-nin əməkdaşları itkin düşən yeniyetmələrin axtarışına başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU