Azərbaycanı «Evrovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən iddiaçıların seçimində yarımfinaldək olan mərhələ başa çatdı. Beləliklə 72 iştirakçıdan 8 iddiaçı yarımfinala çıxıb.
Beləliklə artıq bütün 8 nəfər yarımfinal iştirakçısı məlumdur. Yarımfinalda Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan 1 nəfər iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Modern.az 8 yarımfinalçı barədə məlumatları təqdim edir.
Orxan Kərimli 4 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta musiqi təhsili var, özəl vokal dərsləri alıb. Milli Seçim turunun 1-ci həftəsinin qalibidir. |
Məryəm Kərimova 8 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Milli Seçim turunun 2-ci həftəsinin qalibidir. |
Xəyyam Mustafazadə 2 dekabr 1989-cu ildə Gürcüstan Respublikasında anadan olub. 2011-ci ildə “Azəri Star” müsabiqəsində 2-ci yeri əldə edib. Milli Seçim turunun 3-cü həftəsinin qalibidir. |
Fəqani Səfərov 2 dekabr 1989-cu ildə Gürcüstan Respublikasında anadan olub. 2011-ci ildə “Azəri Star” müsabiqəsində 2-ci yeri əldə edib. Milli Seçim turunun 4-cü həftəsinin qalibidir.
|
Elton İbrahimov 3 noyabr 1994-cü ildə Rusiya Federasiyasında anadan olub. 2011-ci ildə Moskvada keçirilən “Зажги свою Звезду” müsabiqəsində 2-ci, Barnaulda keçirilən “Мистер шлягер” yarışmasında isə 1-ci yeri əldə edib. Milli Seçim turunun 5-ci həftəsinin qalibidir.
|
Adil Baxışlı 3 yanvar 1989-cu ildə anadan olub. Konservatoriya nəzdində musiqi kollecinin vokal şöbəsində təhsil alıb. 2009- cu ildə “Next” qrupunda çalışıb, daha sonra solo karyerasına başlayıb. Milli Seçim turunun 6-cı həftəsinin qalibidir.
|
Səbina Babayeva 2 dekabr 1979-cu ildə anadan olub. Asəf Zeynallı adına musiqi kollecini bitirib. 2009-cu ildə Latviyada keçirilən “Amberstar”, 2009-cu ildə isə Moskvadakı “Slavyan Ulduzu” nda “Gran Pri” mükafatına layiq görülüb. Milli Seçim turunun7-ci həftəsinin qalibidir.
|
Arzu İsmayılova Milli Seçim turunun 8-ci həftəsinin qalibidir.
|
Modern.az