Modern.az

Nazirlik jurnalistləri Şəkiyə apardı

Nazirlik jurnalistləri Şəkiyə apardı

18 İyul 2019, 10:33

Milli Mətbuat Günü münasibətilə mediatur təşkil olunub.

 

Modern.az-ın xəbərinə görə, kənd təsərrüfatının inkişaf etdirilməsi və kənddə sosial rifahın yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti media nümayəndələri ilə birgə Şəkiyə yola düşüb.

 

“Şəhərdən kəndə” adlı layihənin ilk səfərində jurnalistlər Şəki Dövlət Aqrar Inkişaf Mərkəzində ''Aqrar sektorda müasir trendlər'' adlı seminard a iştirak edib.

 

"BioGarden" bağçılıq təsərrüfatında da gəzinti təşkil olunub və jurnalistlər yeni təsərrüfat imkanları ilə tanış olublar.

 

Qeyd edək ki bu ''Şəhərdən kəndə'' layihəsinin ilk səfəridir. Avqust ayından etibarən davamlı olaraq kəndlərə belə turlar təşkil olunacaq. Layihənin məqsədi ölkədə aqrar təsərrüfatın inkişafı və turizm potensialının gücləndirilməsidir. Layihə fermerlər üçün yeni məşğulluq imkanları, əlavə gəlir mənbəyi, satış kanalları yaradacaq .

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU