Modern.az

Putin ilk dəfə ailə sirrini açdı

Putin ilk dəfə ailə sirrini açdı

Təhsil

29 Yanvar 2012, 22:24

Ailəsi haqqında çox nadir hallarda danışan Rusiyanın baş naziri Vladimir Putin ilk dəfə bir sirrini  ictimaiyyətlə paylaşıb. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, Putin özündən böyük qardaşının hələ uşaqkən alman faşistlərinin Leningradı mühasirəyə aldığı zamanlarda öldüyünü söyləyib.

Putin bu etirafı İkinci Dünya Müharibəsinin ən ağır dövrü olan və 1,5 milyon insanın ölümüylə nəticələnən Leninqrad mühasirəsinin sona çatmasının 68-ci ildönümündə edib.

Baş nazirin sözlərinə görə, böyük qardaşı o, doğulmadan 10 il əvvəl faşizmin qurbanı olub.

"Böyük qardaşımın harada basdırıldığını belə bilmirəm. Onu heç görmədim, heç tanımadım, mən doğulmadan öncə öldü"-deyə Putin bildirib.

Onun sözlərinə görə, Leninqrad mühasirəyə alınarkən, 1942-ci ildə uşaqları müharibənin fəsadlarından qorumaq üçün ailələrində alıb arxa cəbhəyə, təhlükəsiz yerə aparırmışlar. Onun da qardaşı həmin vaxt ailəsindən alınıb aparılıb.

"Onları qorumaq üçün ailələrindən alırmışlar. Amma ailədən uzaq düşən böyük qardaşım xəstələnir. Düşünürəm ki, o difteriyaya yoluxub və ölüb… Ailəmə böyük qardaşımın öldüyünü söylədilər, amma harada basdırıldığını bildirmədilər”.

Vladimir Putinin böyük qardaşı Viktor Putin 1940-cı ildə doğulubmuş.            

1952-ci ildə Leninqradda doğulan Putin ailəsinin tək uşağı olaraq böyüyüb. Keçmişdə atasının qatı kommunist olduğunu söyləyən baş nazirin sözlərinə görə, anası ərindən xəbərsiz baptist olub və bunu gizli saxlayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal