Milli Məclisin ötən sessiya dövründəki fəaliyyətinin yekunları ilə bağlı hesabat açıqlanıb. Modern.az saytının məlumatına görə, bu gün parlamentdə ötən sessiyanın fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
Konfransda Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu iştirak edib.
Akif Təvəkküloğlu deyib ki, ötən sessiya dövründə Milli Məclisin qanunvericlik işləri öz axarı ilə aparılıb. Bir sıra sahələrdə uğurlu nəticələr əldə olunub.
Sonra vitse-spiker Bahar Muradova parlamentin ötən sessiya ərzində gördüyü işlərdən danışıb.
Bahar Muradova bildirib ki, ötən il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 illiyilə yadda qaldı.
“Bütün il keçilirilən yubiley tədbirləri müstəqillyimiz dövrində bir növ görülən işlərin hesabatı oldu və bu halın həm də gələcək fəaliyyətimiz üçün də müsbət xarakter daşıdığı önə çıxdı. Qeyd etməliyəm ki, Azərbaycan parlamenti, deputatlar yubiley tədbirlərin keçirilməsində yaxından iştirak etdi.
Azərbaycan parlamenti bütün illər ərzində dövlət müstəqilliyinin möhkəmələndirilməsi, inkişaf etdirilməsi və onun dönməz xarakterr alması işində yaxından iştirak edib. Azərbaycan qanunverilicilik bazasının möhkəmləndirilməsi, dünyada gedən proseslərdə Azərbaycanın sözünün deməsi üçün öz fəaliyyətini ortaya qoyub”.
B.Muradovanın sözlərinə görə, ötən il Azərbaycan parlamenti üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində hər 3 funksiyanın yerinə yetilirməsi baxımından çox əlamətdar olub.
“Ona görə də biz söyləyə bilərik ki, Azərbaycan parlanenti olaraq öz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişik.
Qeyd ermək istəyirəm ki, ötən sessiyada, sentyabrın 30-dan dekabrın 30-a qədər olan dövrdə parlamentin 12 iclası keçirilib, 107 qanun və qərar qəbul edilib. Bu qanunlardan biri Konstitusiya qanunudur, biri isə Konstitusiya qanununa dəyişiklik və əlavələrdir. 7 qərar qəbul edilib, müzakirələr nəticəsində 24 beynəlxalq müqavilə və konversiya təsdiq olunub.
Vitse-spiker deyib ki, Milli Məclisin daimi komitləri bu müddət ərzində çox səmərəli işləyiblər, komitələrin 56 iclası keçirilib. Bu iclaslarda 166 məsələ müzakirə olunub, 147 qanun layihəsi müzakirə edilərək növbəti iclaslara tövsiyyə olunub.
“Ümumiyyətlə 2011-ci ildə bütövlükdə 30 plenar iclas keçirilib, parlamentdə qəbul olunan qərarların ümumi sayı 290-dır. Əlbəttə, bu qanunlar içərisində yadda qalan qanunlardan biri də Konstitusiya qanunudur. Bu da Azərbaycan Respublikasının keçmiş prezidentləri və onların ailə üzvlərinin təminatı haqqındadır. Bu qanunu cəmiyyət çoxdan gözləyirdi".
Bahar Muradova deyib ki, insan hüquq və azadlıqlarının qorunması istiqamətində, Konstitusiya Məhkəsi haqqında, penitensiar müəssisədə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunlara və bu sahədə digər sənədlərə əlavə və dəyişikliklər edilib. Bu sahəyə aid parlamentdə bir sıra qanunlar qəbul edilib. Bunlar Mülki Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Cinayət məcəllərində, prokurorluq haqqında, əməliyyat axtarış fəaliyyəti haqqında, icra məmurları haqqında, notariat, yol hərəkəti haqqında qanunlarda edilmiş dəyişikliklərdir.
“Bu sırada “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reystr xidməti haqqında” qanuna edilmiş dəyişikliklər kifayət qədər səmərəli və həlledici dəyişikliklər hesab olunmalıdr. Çünki bu, cəmiyyətdə iqtisadi münasibətlərin və bu sturukturlarla dövlət arasında olan münasibətlərin tənzimlənməsi baxımından kifayət qədər əhəmiyyətli dəyişikliklər olub. Bilirsiniz ki, ordu quruculuğu sahəsində ölkəmizdə çoxsaylı uğurlar əldə edilib. Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Ordumuzun həm maddi-texniki bazası, həm də orduda olan əsgərlərimizin yüksək əhval-ruhiyyəsi bizə imkan verir ki, söyləyək Azərbaycan ordusu regionda ən güclü ordudu. Lakin bunula belə, Azərbaycan dövləti ordunun daha da güclü olması, daha artıq ciddi vəzifələri yerinə yetirməyə qadir bir ordu olması üçün qanunlarda müəyyən dəyişikliklər edilməsini lazım bilib. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun müzakirə olununadan sonar qəbul etdik. Bu qanunun müzakirəsi ilə həmin sahədə olan bir sıra probləmlərin həlli üçün kifayət qədər uğurlu imkanlar əldə olunub”.
B.Muradovanın sözlərinə görə, bu dövrdə özünü idarə institutları- yəni bələdiyyələr sahəsində qəbul edilmiş qanunlar və qanunlara edilmiş dəyişikliklər kifayət qədər əhəmiyyətlidir.
“Biz ötən dövrdə bələdiyyələrin statusu haqqında cəmiyyət hüququ, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, bələdiyyələrin daimi tərəfdaşlıq komissiyaları haqqında əsasnamənin təsdiq olunması və eləcə də bələdiyyələrin nümunəvi nizamnaməsinə dəyişiklik edilməsi ilə bağlı qanun lahiyələrini müzakirə etmişik, daha doğrusu qanunlara bu istiqamətdə dəyişiklik edilib. Eləcə də Lənkəran, Gədəbəy, İmişli, İsmayıllı, Gəncənin Kəpəz rayonu ərazisində inzibati-ərazi bölgüsündə bir sıra dəyişikliklər və bir sıra ərazilərin adlarının dəyişdirilməsi haqqında qərarlar qəbul edilib”.
B.Muradova deyib ki, dövlət büdcəsi, dövlət rüsumu, daşınmaz əmlakın dövlət reyestri, rəsmi statistika, elektrokenergetika, qaz təchizatına dair qanunlara və İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişiklilər edilib.
“Bunlardan xüsusi ilə sonda adını çəkdiyim “Elektroenergetika və qaz təchizatı haqqında” qanuna edilən dəyişikliklər kifayət qədər əhəmiyyətlidi və Azərbaycan vətəndaşlarının vəziyyətini, onların sosial durumunu yaxşılaşdıran dəyişikliklər kimi yadda qaldı. Eyni zamanda iqtisadi sahəyə aidd qanunlardan “Sosial sığorta haqqında” qanunun qəbulu bu sahədə keyfiyyətcə yeni səviyyəyə keçid üçün müəyyən bir fakt oldu. Ötən dövr ərzində “Şəhərsalma və tikinti məcəlləsi” də müzakirə olundu və bu parlamentdə birinci oxunuşdan keçdi. Bu qanun layihəsi kifayət qədər geniş iqtisadi və ictimai münasibətləri özündə əks etdirən bir sənəd olmaqla iqtisadi sahədə olan bəzi boşluqları aradan qaldırmağa əsasdır.
Eyni zamanda aqrar sahəyə aid bir sıra qanunlara dəyişikliklər edilib və yeni qanunlar qəbul olunub. “Kənd təsərüfatı koperasiyası haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Ötən il Milli Məclisə vətəndaşlardan 5463 təklif, ərizə və şikayət daxil olub, parlamentdə 5481 vətəndaş qəbul edilib, 277 vətəndaş isə qəbula elektron poçt vasitəsi ilə yazılıb. Parlamentin payız sessiyasının işini işıqlandırmaq üçün 66 KİV nümayəndəsi akkreditə olunub.
Modern.az