Modern.az

Nazirlik qaz kəmərindəki partlayışla bağlı xəbər yaydı

Nazirlik qaz kəmərindəki partlayışla bağlı xəbər yaydı

Təhsil

30 Yanvar 2012, 15:33

Bu gün səhər saatlarında Qazıməmməd-Qazax magistral qaz kəmərinin 118-ci kilometrliyində qaz sızması nəticəsində baş verən güclü partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi məlumat yayıb. Modern.az FHN-nin rəsmi internet saytına istinadən xəbər verir ki,  FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan  məlumata əsasən, 30 yanvar 2012-ci il tarixində Göyçay rayonunun Qarayazı  kəndi yaxınlığında diametri 1000 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib. Hadisə yerinə FHN-nin müvafiq qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Baş verən  hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

***

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, yanvarın 30-da 1000 mm-lik Qazıməmməd-Qazax 1-ci magistral qaz kəmərində qaz sızması baş verib.
Sızma nəticəsində Göyçay, Qəbələ, Ucar rayonlarına və Ağdaş rayonunun bəzi ərazilərinə mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb. ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mövcud problemin həlli və qaz təminatında yaranan fasilənin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir. Adıçəkilən bölgələrin qaz təchizatının axşam saat 18.00 radələrində bərpa edilməsi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal