Bahar Muradova: “Mən qanunun qəbulunun tərəfdarıyam, amma Azərbaycan buna hazır olmalıdır”
“Bu günə qədər Milli Məclisə “Diffamasiya haqqında” qanun layihəsi təqdim olunmayıb”. Modern.az saytın məlumatına görə, bu sözləri Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev söyləyib.
S.Mirzəyev qeyd edib ki, indiki vaxtda “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin tərəfdarı deyil: “Çünki bu qanunun qəbulu müəyyən hərc-mərcliyə gətirib çıxara bilər. Buna görə məsələ ilə bağlı müəyyən vaxt gözləmək lazımdır.”
Milli Məclis sədrinin müavini Bahar Muradova isə “Diffamasiya haqqında” qanun qəbul edilməsinin tərəfdarı olduğunu deyib: “Amma müəyyən şərtlər var ki, Azərbaycan buna hazır olmalıdır”.
Modern.az