Rusiya Hərbi Hava Qüvvələrinin komandanlığı bəyan edib ki, rus hərbi qırıcısı Tu-95ms Cənubi Koreyanın hava məkanına girməyib və beynəlxalq ərazidə - Tokto (Takesima) adası rayonunda, Yapon dənizinin neytral suları üzərindəki hava məkanında plan üzrə uçuşlar həyata keçirib.
Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir.
Qurum Cənubi Koreyalı hərbçilərin "xəbərdarlıq atəşi" barədə iddialarını da rədd edib: “Cənubi Koreya qırıcıları tərəfindən “heç bir xəbərdarlıq atəşi” olmayıb. Əgər Rusiya pilotları təhlükə hiss etsəydilər, dərhal cavab verərdilər”.
Yaponiya isə hər iki dövlətə - həm Rusiya, həm də Cənubi Koreyaya xəbərdarlıq edərək Takesima adasının tarixən ona məxsus olduğunu bildirib. Rəsmi Tokio bu ərazi üzərində hər hansı insidentin yolverilməz olduğunu da əlavə edib.