Modern.az

Azərbaycan Türkiyə vətəndaşları üçün vizanı ləğv etdi

Azərbaycan Türkiyə vətəndaşları üçün vizanı ləğv etdi

25 İyul 2019, 13:34

Azərbaycanla Türkiyə arasında viza ləğv edilib. 

Modern.az-ın məlumatına görə, bu haqda Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər.

Qeyd edək ki, M. Çavuşoğlu bu gün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb.

Bundan əvvəl Azərbaycan vətəndaşları Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi