Modern.az

İlyas İsmayılov Azərbaycan rəsmilərinin Türkiyə mediasına hücumunu pislədi

İlyas İsmayılov Azərbaycan rəsmilərinin Türkiyə mediasına hücumunu pislədi

Təhsil

31 Yanvar 2012, 17:34

Modern.az xəbər verir ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov Türkiyə mediasında Azərbaycanla bağlı çap olunan yazılara göstərilən reaksiyalara münasibət bildirib. O deyib:

- Türkiyə mediasında son zamanlar dərc olunan yazılara, adi jurnalist fikirlərinə Azərbaycan tərəfindən isterik əks reaksiyanın mövcudluğuna təəssüf edir və bu halı təhlükəli sayıram. Azərbaycan dövlətinin çətin anlarında yanında olan, imkanlarından da çox Azərbaycanı dəstəkləyən Türkiyənin səlib yürüşü ideologiyası daşıyacılarının hədəfində oldugu indiki zamanda Azərbaycan dövlətindən dəstək umması təbiidir. Sözün əsl mənasında müstəqil Türkiyə mətbuatına qarşı Azərbaycanın bəzi dövlət rəsmiləri tərəfindən təşkil edilmiş hücumu  faydasız və ziyanlı hesab edirəm. Bizlər - milli mənafeləri öndə tutan və onun mahiyyətini dərk etmək qabiliyyətində olanlar iki dövlətin daim birlikdə olmasına çalışmalıyıq. Fransa senatının qəbul etdiyi qanun bəziləri tərəfindən cəmiyyətə aşılanmaga çalışılan sıradan və daxili istifadə üçün qəbul edilən qanun deyil. Bu qanun İslam dövlətləri üçün nümunə olan, müstəqil siyasətə can atan Türkiyənin zəiflədilməsinə hesablanıb. Bu isə bizim zəifləməyimiz deməkdir.


Ədalət partiyasının sədrı sonda “Azərbaycanda yad qüvvələrin maraqlarını əks etdirərərək, iki dövlət arasında təfriqə salmaq istəyənlərin cəhdlərini qınadığını”  bildirib. 


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal