Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyəti yanvarın 31-də müxalifət nümayəndələrilə görüşüb. Görüşdə ADP-nin sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Müsavat başqanının müavini Gülağa Aslanlı və ALP sədri Əvəz Temirxanın iştirak ediblər.
AŞPA həmməruzəçisi ilə Azərbaycanda ictimai-siyasi vəziyyət, 2013 –cü ildə prezdent seçkiləri, Azərbaycanın AŞPA qarşısında öhtəlikləri müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Azərbaycana son illərdə insan haqları, söz və mətbuat azadlığının kobud surətdə pozulması, sərbəst toplaşmaq haqqında qanuna əməl edilməməsi, seçki saxtakarlığı haqqında məlumatlar verilib. 2010 parlament seçkilərindən sonra, siyasi məhbusların sayının çoxalması və müxalifət nümayəndələrin televeziyalara buraxılmaması kimi məsələlər qonaqların diqqətinə catdırılıb.
Sonda AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex söz verib ki, aprel ayında bu məsələlər bağlı, məruzə ilə çıxış edərək problemləri AŞPA nümayəndələri qarşısında qaldıracaq.
Modern.az