Modern.az saytı xəbər verir ki, “Azadlıq” Radiosu ilə radionun Bakı bürosunun keçmiş əməkdaşı Aygün Muradxanlı arasında məhkəmə çəkişməsi davam edir. Yada salaq ki, jurnalist əmək hüquqlarının pozulması iddiası ilə radioya qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, ötən il noyabrın 11-də hakim Tahir İsmayılov məhkəmə prosesi keçirmədən iddianın rədd edilməsi haqqında qərar çıxarmışdı.
Bu gün A.Muradxanlı qərardan apellyasiya şikayəti verdiyini bildirib: "Hakim 4 məhkəmə iclası təyin etsə də, “Azadlıq” Radiosunun nümaqəndəsi məhkəməyə gəlmədiyinə görə proseslərin heç biri keçirilmədi. Üstəlik məhkəməyə gəldiyim gün mənə qarşı tərəf olmadığı üçün məhkəmə keçirilməyəcəyini bildirdilərş Bundan sonra isə qətnamə çıxarılıb. Onu da vurğulayım ki, həmin gün Yasamal Məhkəməsinin sədri Ələddin Cəfərovun qəbulunda olub hakimin süründürməçilik və qanunsuz hərəkətlərindən şikayət etmişəm. Belə biabırçı məhkəmədən apellyasiya şikayəti verməyə bilməzdim”.
Modern.az