Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 1-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin qısa müddətə mülayimləşəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Günün ikinci yarısından başlayaraq arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun 3-6 dərəcə isti olacağı, axşam 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Bakıda 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi təzyiqi norma daxilində 761 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq. Yollar buz bağlayacaq.
Fevralın 1-də Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında günün ikinci yarısından başlayaraq yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında əsasən gecə və axşam qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında günün ikinci yarısından başlayaraq yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında fasilələrlə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-6° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın axşama doğru yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-4° şaxta, gündüz 2-6° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-2° şaxta, gündüz 2-6° isti,
dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Xəbərdarlığa əsasən fevralın 01-dən 02-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, fasilələrlə qar yağacağı, temperaturun mənfi 3°-dək aşağı enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Modern.az