Modern.az xəbər verir ki, 2012-ci il ali təhsil müəssilərinin magistratura pilləsində təhsil almaq üçün bakalvrlar elektron ərizə formasını fevralın 8-dən 12-ə qədər olan müddətdə doldmalıdırlar. Ərizələrin təsdiqi üçün ayrılan vaxt isə fevralın 8-dən 17-ə kimidir. Elektron imzadan istifadə edən bakalvrlar istisna olmaqla digərləri bu müddətdə saat 09:00-dan 17:00- kimi, şənbə və bazar günləri istisna olmaqla elektron ərizə formalarını təsdiq etmək üçün müvafiq sənəd qəbulu komissiyalarına tələb edilən sənədlərin əsillərini şəxsən təhvil verməlidirlər.
Cari ilin məzunları bakalvrın elektron ərizəsi formasını bitirdikləri ali təhsil müəssislərində yaradılmış sənəd qəbulu komissiyalarında təsdiq etməlidirlər. Ali təhsili müəssisələrini əvvəlki ildə bitərənlər isə nəzdində sənəd qəbulu komissiyaları fəaliyyət göstərən ali təhsil müəssisələrinin istənilən birində təsdiq edə bilərlər. Xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasınlın vətəndaşları bakalvrın elektron formasını TQDK yaradılmış sənəd qəbulu komissiyasında təsdiq edirlər.
Magistraturaya ilk imtahan isə fevralın 26-da keçiriləcək. Bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanması üçün 50, xarici dil üzrə 25, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.
İmtahanlar test üsulu ilə iki mərhələdə olacaq. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
Daha ətraflı məlumatlar “Magistr” jurnalının ikinci sayında dərc olunub.
Mail AĞAXANOV