Modern.az

İki PKK terrorçusu zərərsizləşdirildi

İki PKK terrorçusu zərərsizləşdirildi

Dünya

28 İyul 2019, 21:56

Türkiyənin Ağra vilayətində "narıncı" kateqoriyasına salınan PKK terrorçusu zərərsizləşdirilib.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Jandarma Komandalığının Tendurek dağı bölgəsində həyata keçirdiyi əməliyyat çərçivəsində iki PKK terrorçusu zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçulardan birinin adının "narıncı" kateqoriyasına daxil edilən "Ağır" ləqəbi ilə çağırılan Uğur Arslan olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi