Modern.az

Milli Məclisin deputatı: “İqtidar-müxalifət söhbəti olmamalıdır”

Milli Məclisin deputatı: “İqtidar-müxalifət söhbəti olmamalıdır”

1 Fevral 2012, 13:03


Milli Məcılisin yaz sesiyası Azərbaycan respublikasının himninin səslənməsi ilə öz işinə başlayıb. Modern.az xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, bu sessiya gərgin və maraqlı olacaq. Spikerin  sözlərinə görə sessiya dövründə hökümətin, Hesablama  Palatasının hesabatı dinlənəcək. Ümumiyyətlə, Milli Məclisin yaz sessiyası gərgin və maraqlı keçəcək.

İclasda millət vəkli  Siyavuş Novruzov çıxış edib. O bildirib  ki, gündəlik məsələlərlə yanaşı, cəmiyyəti maraqlamndıran bir sıra məsələlərə də toxunmaq istəyir. Deputat Azərbaycan Milli Məclisinin Fransa Senatının qəbul etdiyi ermənipərəst qanunla bağlı kifayət qədər iş gördüyünü qeyd edib.

“Hökümət, Milli Məclis, ayrı-ayrı partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası (YAP) səviyyəsində də bu məsələ ilə bağlı Türkiyəyə ciddi dəstək verilib. Fransa Senatına ciddi etiraz olunub və şəxsi olaraq hər bir senatora deputat məktubu göndərilib”.
Ancaq o qeyd edib ki, bəzi qüvvələr var ki, Azərbaycan Milli Məclisinin, hökümətinin, deputatlarının, siyasi xadimlərin Türkiyəyə dəstək verməsinə, bu məsələ ilə bağlı öz mövqeyini bildirməsinə kölgə salmaq və Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün cəhd göstərirlər.

“Hesab edirəm ki, bu məsələ ilə bağlı iqtidar-müxalifət söhbəti olmamalıdır. Həmişə Azərbaycan Milli Məclisi Türkiyənin yanında olub”.

Oqtay Əsədov da bildirib ki, bu eyni zamanda Azərbaycanın məsələsidir, Azərbaycan özünü göstərmək xatirinə deyil, içindən gələn, səmimi şəkildə mövqe sərgiləyib.

“Bununla bağlı biz bir az səbr etməliyik. 77 senator Konstitusiya Məhkəməsinə müraciət edib və onun nəticəsini gözləyək”.

Daha sonra deputat  Qənirə Paşayeva çıxış edib. O da vurğulayıb ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub. Onun sözlərinə görə bununla bağlı Milli Məclis səviyyəsində xeyli işlər görülüb.
“Bunu minnət kimi yox, öz işimiz kimi qəbul edib, qiymətləndiririk. Hətta Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsi ilə bağlı müzakirələr getdi. Amma bu məsələyə maneçilik törətmək istəyən qüvvələr var. Bu istiqamətdə görülən işlərə kölgə salmaq isrəyirlər. Amma bu, alınmayacaq”.

Sonra millət vəkili Xocalı soqyırımın 20 illiyi ilə bağlı məsələyə toxunub. O bildirib ki, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə iş qrupunun üzvi kimi təklif edir ki, Xocalı soqırımının 20 illiyi ilə bağlı Türkiyə parlamentinə müraciət olunsun. Məqsəd  rəsmi şəkildə soyqırımı tanıtmaqdır.

Qənirə Paşayeva qeyd edib ki, təklif var ki, Türkiyədə “hamımız  xocalılıyıq, hamımız qarabağlıyıq” adlı aksiya keçirilsin.

Spiker Oqtay Əsədov məsələyə münasibət bildirərək deyib ki, Türkiyə parlamentinə dostluq qrupu adından müraciət edilsin.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım