Milli Məclisin bu günkü iclasında deputat Fərəc Quliyev bildirib ki, “Avronest” Parlament Assambleyasının komitə iclaslarının birinin Ermənistanda keçirilməsi nəzərdə tutulur.
“Bu proqramla biz tanışıq. O proqramda nəzərdə tutulur ki, nümayəndə heyəti Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməlidir. Biz də bunun əleyhinəyik”.
Deputat spiker Oqtay Əsədova müraciət edərək bununla bağlı qərar qəbul edilməsini istəyib.
Oqtay Əsədov isə bildirib ki, belə məsələlərlə bağlı Milli Məclis qərar qəbul etmir.
“Siz Azərbaycanın qurumdakı nümayəndə heyəti olaraq özünüz bu məsələ ilə münasibəti bildirməlisiniz ki, necə etiraz etmək olar”-deyə spiker bildirib.
Modern.az