Modern.az

Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olundu - SİYAHI

Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olundu - SİYAHI

Parlament

1 Fevral 2012, 13:20

Milli Məclisin yaz sessiyasının ilik iclasında parlamentin İntizam komissiyası və Hesablayıcı komissyanın tərkibi təşkil olunub. Modern.az saytı xəbər verir ki,  parlamentin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yenidən təşkilinə dair məsələyə baxılıb. Komisiyaların tərkibinə heç bir dəyişiklik olunmayıb.   

İntizam komissiyası deputatlar Fəttah Heydərov, Gülər Əhmədova, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət təşkil olunub.

Hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib. Hər iki məsələ parlamentin iclasında səsə qoyularaq təsdiqlənib.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım