Netanyahu beşinci dəfədir “Likud” partiyasında keçirilən seçkidə qalib gəlir
İsrailin baş naziri Benyamin Netanyahu “Likud” partiyasında partiyadaxili seçkilərdə növbəti dəfə qalıb gəlib. Modern.az saytı Rusiya kütləvi informasiya vasitələrinə istinadən bildirir ki,
partiyadaşlarının 75 faizi baş nazirin lehinə səs veriblər. Yanvarın 31-də keçirilən səsvermədə Netanyahunun rəqibi Moşe Feyqli isə 24 faiz səs toplaya bilib.
“Likud” partiyasının səsvermə hüququ olan üzvlərinin sayı125 min nəfərdir. Netanyahu 2007-ci il seçkisində də indikinə yaxın səs çoxluğu ilə qalib gəlmişdi.
İsrailin baş naziri siyasi karyerası ərzində beşinci dəfə partiyadaxili seçkilərdə qalib gəlir. O, ilk dəfə partiyanın lideri 1993-cü ildə olub və 1999-cu ilə qədər qalıb. Dörd illik fasilədən sonra Netanyahu 2003-cü ildə yenidən “Likud”a rəhbərlik edib.
Hazırda “Likud” hakimiyyətdəki koalisiyadə təmsil olunur. Müxalifətdə olan “Kadima” partiyasında daxili seçkilər 2012-ci ilin mart ayında keçiriləcək. 2013-cü ildə isə İsraildə parlament seçkiləri keçirilməlidir.