Modern.az

Oqtay Əsədov: "Fransa həmsədrlik üçün mənəvi haqqını itirib, hüquqi haqqını itirməyib"

Oqtay Əsədov: "Fransa həmsədrlik üçün mənəvi haqqını itirib, hüquqi haqqını itirməyib"

1 Fevral 2012, 13:40

Milli Məclisin yaz sessiyasının ilk iclasında bəzi deputatlar Fransanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrliyindən çıxarılmasına dair təkliflər səsləndiriblər.

Modern.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov həmin təkliflərə münasibət bildirib. Spiker deyib ki,  Fransa qondarma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib:
Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir. Bu bizim istəyimizdən asılı məsələ deyil. Məsələ gündəmdədir, Azərbaycan və Türkiyə birlikdə bunun üçün bütün vasitələrdən istifadə edir və edəcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım