Modern.az

Milli Məclis Fransanın həmsdrlikdən uzaqlaşdırılması prosedurunu görmür?

Milli Məclis Fransanın həmsdrlikdən uzaqlaşdırılması prosedurunu görmür?

Təhsil

1 Fevral 2012, 14:10

Vahid Əhmədov: “Biz bu proseduru tapmalı və Fransa həmsədlikdən getməlidir”

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılması ilə bağlı prosedur yoxdur”. Modern.az saytı xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk iclasında müzakirələr zamanı millət vəkili Zahid Oruc deyib:
“Əgər bu gün Fransa ilə bağlı bu məsələ olmasaydı və Azərbaycana qarşı digər həmsədr ölkə qərəzli mövqe tutarsa, bunu necə həll edəcəyik? Ona görə hər hansı həmsədr ölkənin ATƏT-in Minsk qrupundan kənarlaşdırılması üçün prosedur tapılamlıdır”.

Deputat İqbal Ağzadə öncə Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problemlərin olduğunu vurğulayıb. Qəzetlərin satışının daha çox əl yayımı ilə həyata keçirildiyini deyən millət vəkili qeyd edib ki, buna da Bakı Şəhər İcra Hakimiyyəti manecilik törədir. İ.Ağazadə eyni zamanda məhkəmə çəkişmələrinə, xüsusilə “Yeni Müsavat” qəzetinin məhkəmə məsələlərinə toxunub və bildirib ki, bunlar qəzetin inkişafına ciddi problemlər yaradır.

Ümid Partiyasının sədri İctimai Palatanın 2011-ci il 2 aprel aksiyasında tutulanların azadlığa buraxılması məsələsinə də toxunub: “Qarşıdan “Eurovision” Mahnı Müsabiqəsi gəldiyindən azad söz, azad musiqi məsələsini yadımıza salmalıyıq. Ona görə 2 apreldə həbs edilənlərin azadlığa buraxılması ilə bağlı Milli Məclisin adında Prezidentə müraciət etməliyik ki, onlar əfv olunsun”.

Bundan başqa deputat Azərbaycan Beynəlxalq Universiteti bağlandıqdan sonra burada yaranmış problemlərə də toxunub. Qeyd edib ki, universitetdə təhsil alan minlərlə tələbə kənarda qalıb:

“Onlar təhsil haqlarını keçirib təhsil alıblar. O zaman Təhsil Nazirliyi bunu görmürdü ki, indi həmin tələbələr çöllərdə qalıblar? Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdılr. Bununla bağlı mən artıq Təhsil Nazirliyinə müraciət etmişəm. Hesab edirəm ki, Milli Məclisin adından da Təhsil Nazirliyinə müraciət etmək lazımdır”.

Spiker Oqtay Əsədov deputatın qaldırdığı məsələ ilə bağlı problemin olmadığını xatırladıb: “Kim qanuni şəkildə universitetə daxil olubsa, onlar köçürmələr yolu ilə digər ali məktəblərə yerləşdiriliblər. Amma kimin sənədi yoxdur, onlar üçün problem yaranır”.

Deputat Vahid Əhmədovun fikrincə, Azərbaycan-Türkiyə münasibətlərinıə xələl gətirən yazılar hər iki ölkə mətbuatında dərc olunur: “Mən təəssüf edirəm ki, Azərbaycanda da buna xidmət edənlər var. Azərbaycan 20 ildir müstəqilliyini qazanıb. Türkiyənin hər zaman Azərbaycanın müstəqilliyini səmimi şəkildə müdafiə edən yeganə ölkə olduğunu unutmamalıyıq.

Biz müstəqillik qazananda əvvəlcə müstəqilliyimizi Pakistana tanıtmaq istəyirdik. O zaman Azərbaycan nümayəndə heyəti Pakistana gedib çıxmağa imkan tapa bilmirdi. Onda bu məsələləri Türkiyə öz üzərinə götürdü və Azərbaycan nümayəndə heyətinin Pakistana getməsini təmin etdi. Bunu misal çəkməklə demək istəyirəm ki, Türkiyə hər zaman bizim yanımızda olub”.

Fransanın artıq erməni lobbisinin diktəsi ilə işlədiyini xatırladan V.Əhmədov hesab edir ki, bu ölkə  ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmalıdır: “Biz bu proseduru tapmalıyıq. Fransanın hansı işlərlə məşğul olduğu gizli deyil”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal