Modern.az

Siyavuş Novruzov İqbal Ağazadəyə: "Başqa yol varsa, deyin bilək"

Siyavuş Novruzov İqbal Ağazadəyə: "Başqa yol varsa, deyin bilək"

Təhsil

1 Fevral 2012, 16:59

Modern.az xəbər verir ki, Milli Məclisin yaz sessiyasının plenar iclasında müzakirələr zamanı çıxış edən deputat İqbal Ağazadə məhkəmələrdən danışıb. O bildirib ki, bəzən Azərbaycanda məhkəmələrin qəbul etdiyi qərarlar daha sonra Avropa Məhkəmələri tərfindən təsdiqini tapmır və onlar bunun əleyihinə qərar qəbul edib, Azərbaycana maliyyə sanksiyaları tətbiq edirlər.

“Bununla da Azərbaycan dövlətinin büdcəsinə zərər vururlar. Sonradan həmin qərarı qəbul edən yerli məhkəmələr nə cəzalandırılır, nə də hansısa cinayət məsuliyyətinə cəlb edilirlər. Əksinə həmin qərarları qəbul edənlərin vəzifələri daha da qalxır. Hesab edirəm ki, bu məsələni həll etmək lazımdır”.

Millət vəkili həmçinin müəyyən tiktinti koorporativlər tərəfindən insanların aldadılması məsələsinə də toxunub. Qeyd edib ki, tikinti koorporativləri tərəfindən aldadıəlan insanların mülkiyyət hüquqları pozulur.

“Bununla bağlı qanunda dəyişiklik edilməlidir. Koorporativlər insanların mülkiyət hüquqlarını pozurlarsa, buna qarşı konkret sənədlər qanunda əks olunmalıdır”.

Daha sonra deputat vətəndaşların əmlakının müdafiə məsələsinə toxunaraq deyib ki, Avropa məhkəmələri vətəndaşların mülkiyyət hüquqları ilə bağlı artıq qərarlar qəbul edirlər. Bu məsələlərin insanın hər gün üz-üzə gəldiyi məsələ olduğunu deyən millət vəkili bildirib ki, problemləri həll etmək lazımdır.

Deputat uşaq əməyinin istismarı məsələsinə də toxunub: “Bunun qarşısı alınmalıdır. Bunu kimlər  edir? Müvafiq qurumlar bununla bağlı niyə iş görmürlər? Bu məsələnin axırı necə olacaq?”

Sonra İqbal Ağazadə qeyd edib ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun layihəsi mütləq müzakirə edilməli və qəbul edilməlidir.

Deputat Siyavuş Novruzov bildirib ki, qanunvericilik işlər planında qanunvericilik təşəbbüsü ilə çıxış edənlərin siyahısı göstərilib.
“Təbii ki, deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var, amma bu sənəddə öz əksini tapmalı deyil. Sənədə ancaq prezident və digər qanunvericilik subyektləri öz əksini tapmalıdır”.

“Burada söz və mətbuat azadlığı pozulması ilə bağlı fikirlər səsləndirildi.  Azərbaycan kimi dünyanın hər hansı bir yerində söz və mətbuat azadlığına diqqət edən, xüsusi qayğı göstərən ikinci bir ölkə mənə göstərin görüm. İqtidarlı müxalifətli hər bir qəzetə il ərzində təxminəın 50 min manat pul ayrılır. Eyni zamanda yaxşı yazılara ildə 3 dəfə KİV DF tərəfindən vəsait verilir. Hansı ölkədə belə diqqət var?” deyə İqbal Ağazadənin fikirlərinə münasibət bildirən Siyavuş Novruzov həmçinin qəzetlərin məhkəmələrə verilməsi ilə bağlı səslənən fikrə də toxunub.

“Fikirlər səsləndirildi ki, qəzetlər məhkəməyə verilir. Əgər vətəndaş qəzetin yazdığı yazıdan razı deyilsə, bunu necə həll etməlidir? Təbii ki məhkəmə yolu ilə bu məsələ həll olunmalıdır. Əgər başqa yol varsa, deyin vətəndaş məsələnin həlli üçün müraciət etsin”.

Siyasi məhbuslarla bağlı qaldırılan məsələyə də münasibət bildirən Siyavuş Novruzov “dəfələrlə biz bəyan edirik ki, Azərbayanda siyasi məhbus yoxdur. Hər hüquq müdafiəçisi əlinə bir siyahı alıb ortaya düşür. Bir vaxtlar Əlikram Hümbətovu, “SADVAL”çıları,  terror törədənləri siyasi məhbus siyahısına salırdılar. Sonradan gördülər ki, Əlikram Hümbətov Ermənistanda qurultay keçirir. Bu onu göstərir ki, hüquq müdafiəçiləri kimi müdafiə edirlər, hansı işlərlə məşğuldur” deyə qeyd edib.

Millət vəkili eyni zamanda mülkiyyət hüquqları ilə bağlı məsələ qaldırıb. O bildirib ki,  Avropa Məhkəməsində bir milyondan artıq insanın - qaçqın və məcburi köçkünün mülkiyyət hüququnun pozulması ilə bağlı məsələ qaldırılsa da, ora qalaq-qalaq sənəd göndərilməsinə baxmayaraq ona baxılmır.

“Amma sarayın araxasında ev sökülən kimi ona adekvat rəy verilməlidir. Elədirsə, vətəndaşların da mülkiyyət hüquqlarının qorunması ilə bağlı qaçqın-köçkünlərin  də iddialarına münasibət bildirilsin”.

S.Novruzov siyasi partiyalar haqqında məsələyə toxunaraq bildirib ki, dünyanın hər yerində siyasi partiyalara seçkidə qazandıqları yerə, tutduqları mövqeyə görə vəsait ayrılır.

“Bundan başqa meyar yoxdur. Əgər onlar nəsə başqa layihələr həyata keçirmək istəyirlərsə, o zaman QHT Şurasının sədri Azay Quliyevə müraciət etsinlər. Onlara vəsait ayrılsın və bununla da öz layihələrini həyata keçirsinlər”.

Daha sonra millət vəkili Azay Quliuyev çıxış edib və yeni təşəbbüslərin olduğunu bildirib. Onun sözlərinə görə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Sosial sifariş haqqında” qanun layihəsi hazırlayıb.

“Qanun layihəsi müəyyən müzakirələrdən keçib. Hesab edirəm ki, onun Milli Məclisdə müzakirəyə çıxarılmasının vaxtı yetişib. Yəqinki müvafiq komitələrdə bu müzakirə olunacaq. Buna böyük ehtiyac var. Türkiyənin təcrübəsi öyrənilib. Azərbaycan da artıq bu təcrübədən istifadə etməklə qanun layihəsinin müzakirə edilib təsdiqlənməsində yararlana bilər”.

İctimai iştirakçlıqla bağlı məsələyə də toxunan millət vəkili bildirib ki, hazırda dövlət qurumları ilə münasibətlərin olmasına baxmayaraq bunun hüquqi bazası yoxdur, bu qanunla tənzimlənmir. “Bununla bağlı qanun qəbul etməklə hesab edirəm ki, münasibətləri daha da yaxşılaşdıra bilərik. İctimaiyyətdə bu qanunun müzakirəsinə böyük ehtiyac duyuram”.

““Peşə bilikləri haqqında” qanun layihəsinin də qəbulu vacibdir. Bizdə elə peşə sahibləri var ki, onlar xüsusi əhəmiyyət daşıyırlar. Ona görə də onların ideallaşdırılmasına ehtiyac var. Yaxşı olar ki, bu məsələni də müzakirə edək” deyə deputat Azay Quliyev əılavə edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal