Modern.az

Azay Quliyev Milli Məclisdə 3 təklif səsləndirdi

Azay Quliyev Milli Məclisdə 3 təklif səsləndirdi

Təhsil

1 Fevral 2012, 17:22

Milli Məclisin deputatı Azay Quliuyev plenar iclasda qanunvericilik işlər planınıın müzakirəsi zamanı təkliflə çıxış edib. O, deyib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “Sosial sifariş haqqında” qanun layihəsi hazırlayıb.

“Qanun layihəsi müəyyən müzakirələrdən keçib. Hesab edirəm ki, onun Milli Məclisdə müzakirəyə çıxarılmasının vaxtı yetişib. Yəqinki müvafiq komitədə bu müzakirə olunacaq. Buna böyük ehtiyac var”.

“İctimai iştirakçlıq haqqında” Qnun layihəsindən bağlı məsələyə də toxunan millət vəkili bildirib ki, hazırda dövlət qurumları ilə münasibətlərin olmasına baxmayaraq bunun hüquqi bazası yoxdur, bu, qanunla tənzimlənmir. “Bununla bağlı qanun qəbul etməklə hesab edirəm ki, münasibətləri daha da yaxşılaşdıra bilərik”.

Deputat hazırladıqları digər sənəd-“Peşə bilikləri haqqında” qanun layihəsinin də müzakirəsini vacib sayıb: “”Bizdə elə peşə sahibləri var ki, onlar xüsusi əhəmiyyət daşıyırlar. Ona görə də onların lisenziyalaşdırılmasına. Yaxşı olar ki, bu məsələni də müzakirə edək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal