Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün cavab oyunları çərçivəsində 5 matç keçirilib.
İrlandiya təmsilçisi “Dandolk”u mübarizədən kənarlaşdıran Azərbaycan çempionu “Qarabağ”la yanaşı daha 4 komanda mərhələ adlayıb. “Srvena Zvezda” HİK səddini çətinliklə adlayıb.
BATE favoriti olduğu cütdə mübarizəni dayandırıb. Belaruslular “Rusenborq”a uduzublar. “Maribor” AİK-i əlavə vaxtda vurulan qol sayəsində qazanılan səfər topu üstünlüyü ilə keçə bilib. İsveçlilərin heyətində sabiq “Qarabağ”lı Tarik Elyunussi də fərqlənib. “Kopenhagen” isə TNS-i ikinci dəfə məğlubiyyətə uğradıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu
31 iyul
20:00. HİK (Finlandiya) – "Srvena Zvezda" (Serbiya) – 2:1
İlk oyun - 0:2
21:00. "Rusenborq" (Norveç) – BATE (Belarus) – 2:0
İlk oyun - 1:2
21:00. AIK (İsveç) – "Maribor" (Sloveniya) – 3:2, əlavə vaxtda
İlk oyun - 12
21:00. "Qarabağ" (Azərbaycan) – "Dandolk" (İrlandiya) – 3:0
İlk oyun - 1:1
21:45. “Kopenhagen” (Danimarka) – TNS (Uels) – 1:0
İlk oyun - 2:0
Bu arada avqustun 6-7-də və 13-də baş tutacaq mərhələdə 10 cüt görüşəcək. Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edəcək.
ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
”Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)
Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)
“Bazel” (İsveçrə) - LASK (Avstriya)
“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)