Modern.az

Hindistanda uşağın ağzından 500-dən çox diş çıxarıldı

Hindistanda uşağın ağzından 500-dən çox diş çıxarıldı

1 Avqust 2019, 14:36

Hindistanın Çennay şəhərində 7 yaşlı uşağın ağzından 500-dən çox diş çıxarılıb.

 

Modern.az-ın məlumatına görə, uşaq alt çənəsində yaranan şiş və ağrılarla əlaqədar həkimə müraciət edib.

Aparılan müşahidələr nəticəsində şişən bölgədə 526 ədəd xırda dişin çıxdığı məlum olub.

 

Həkimlər bir saat yarım davam edən əməliyyat nəticəsində 200 qramlıq şişi aradan götürüblər. Əməliyyatın uğurla başa çatdığı deyilir. Həkimlər bu anomaliyanın səbəbini müəyyənləşdirə bilməyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...