Bakı-Sumqayıt yolu buz bağlayıb. Modern.az saytının müxbiri xəbər verir ki, təxminən 3 saatdır ki, Bakıdan Sumqayıta gedən yollarda hərəkət dayanıb.
Əməkdaşımız Bakıdan Sumqayıta getmək üçün 2 saatdan artıq vaxt sərf edib.
Yolların buz bağlaması səbəbindən xeyli sayda avtomobil qəzası baş verib.
Xüsusilə Ceyranbatan gölü yaxınlığında və Sumqayıtın girəcəyində qəzaya uğrayan avtomobillər yarasız hala düşdüyündən ciddi problem yaranıb.
Modern.az